...

Bosfor boğazını bağlayan tanker təhlükəsiz şəkildə yedəyə alınıb

Cəmiyyət Materials 22 Yanvar 2024 07:34 (UTC +04:00)
Bosfor boğazını bağlayan tanker təhlükəsiz şəkildə yedəyə alınıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Bosfor boğazından gəmilərin tranzitini müvəqqəti bağlayan Rusiyadan gələn tanker yedəyə alınıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsi məlumat yayıb.

“Peria” gəmisi İstanbuldakı Küçükçekmece estakadasına aparılıb”, - deyə məlumatda bildirib.

Qeyd edilib ki, hazırda Bosfor boğazından gəmilərin keçidi bərpa olunub.

Daha əvvəl bildirilib ki, tankerin lövbəri Bosfor boğazından keçərkən sıradan çıxıb. Nəticədə boğaz gəmilərin keçidi üçün bağlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti