...

Azərbaycanda tələbə vəfat etdi

Cəmiyyət Materials 1 Fevral 2024 15:29 (UTC +04:00)
Azərbaycanda tələbə vəfat etdi
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin IV kurs tələbəsi Şahin Qərib oğlu Əliyev vəfat edib.

Bu barədə Trend-ə universitetdən məlumat verilib.

Bildirilib ki, 2020-ci ildə BDU-nun Coğrafiya fakültəsinə turizm işinin təşkili ixtisası üzrə dövlət sifarişi əsasında qəbul olunmuş Şahin Əliyev Universitetin təhsil göstəricilərinə görə fərqlənən və ictimai fəallığı ilə seçilən tələbələrindən olub.

Qrup nümayəndəsi kimi daim BDU-nun və fakültənin ictimai həyatında aktiv iştirak edib. 2023-2024-cü tədris ilinin qış imtahan sessiyasında müvəffəq qiymətlər alıb və cari tədris ilində BDU-da təhsilini müvəffəqiyyətlə başa vurması gözlənilirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti