...

Füzulidə 38 çoxmərtəbəli bina inşa edilir

Cəmiyyət Materials 21 Fevral 2024 12:19 (UTC +04:00)
Füzulidə 38 çoxmərtəbəli bina inşa edilir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Füzulidə hazırda 38 çoxmərtəbəli bina inşa edilir.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Qarabağ İqtisadi rayonunun işğaldan azad edilmiş ərazilərində (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev “Qarabağ bölgəsində su və kanalizasiya infrastrukturunun yenidən qurulması” mövzusunda konfrasda çıxışı zamanı deyib.

“Artıq Füzulidə 527 ailə məskunlaşıb. Bu 2 minə yaxın şəxs deməkdir. Bu say növbəti aylarda 846 ailəyə çatacaq. Oraya köçən insanlar işlə təmin olunur.

Qarabağda həyata keçirilən layihələr tarixi hadisələrdir. Bu ərazidə gedən işlərə əmək sərf etmək çox qürurvericidir. Ərazilərin zəngin su ehtiyatları ölkə sənayesi və kənd təsərrüfatı üçün əhəmiyyətli yerə sahibdir.

Lakin baxımsızlıq ucbatından Sərsəng su anbarında vəziyyət yaxşı deyil. Çaylara çirkab tullantıların təmizlənmədən axıdılması, meşələrin qırılması ekoloji fəlakətə səbəb olub”, - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti