...

Qarşıdan gələn Avropa çempionatında qızıl medallar qazanmağa çalışacağıq - Mixail Malkin

Cəmiyyət Materials 25 Fevral 2024 18:13 (UTC +04:00)
Qarşıdan gələn Avropa çempionatında qızıl medallar qazanmağa çalışacağıq - Mixail Malkin
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Çalışacağıq ki, qarşıdan gələn Avropa çempionatında həm komanda, həm də fərdi yarışlarda qızıl medallar qazanaq.

Bu barədə Trend-ə Bakıda keçirilən Dünya Kubokunda tamblinq proqramında qızıl medal qazanan azərbaycanlı gimnast Mixail Malkin deyib.

"Dünya çempionatının son günü asan keçmədi. Birinci finalda elementlərin daha çətin kombinasiyası hazırlamağı planlaşdırırdım, amma sonda daha asan olanı etdim. Aldığım qiymət ikinci finala çıxmaq üçün yaxşı idi. Dünya çempionu olduğum elementlərin mürəkkəb birləşməsini nümayiş etdirmək istəyi var idi. Amma çoxdandır ki, bunu etmirəm, ona görə də əvvəlcə məşqçim Adil Hüseynzadə ilə “təmiz” keçmək üçün nəsə stabil olanı nümayiş etdirmək qərarına gəldik. Mən razılaşdım, amma sonra məşqçiyə yaxınlaşaraq dedim: “Gəlin risk edək?!”. Məşq zamanı komanda yoldaşım Adil Hacızadə həvəsləndirici sözlər deyib, bu da mənə çox kömək etdi", - deyə M.Malkin qeyd edib.

Gimnast etiraf edib ki, bir gün əvvəl keçirilən təsnifatdan sonra o və Adil Hacızadə finalda müvafiq olaraq qızıl və gümüş qazanacaqlarını gözləyirdilər.

"Ölkədən iki idmançının fəxri kürsüyə qalxmasını planlaşdırırdıq. İndi planım dünya çempionatına hazır olduğum kimi Avropa çempionatına tam hazır olmaq üçün məşqləri davam etdirmək, formada saxlamaq, kombinasiyaları gücləndirməkdir", - deyə o əlavə edib.

Qeyd edək ki, fevralın 23-25-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçirilib. Yarışda 32 ölkədən gimnastlar iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti