...

Yarış ili uğurla başlayıb - Dünya Kubokunun gümüş mükafatçısı Adil Hacızadə

Cəmiyyət Materials 25 Fevral 2024 19:45 (UTC +04:00)
Yarış ili uğurla başlayıb - Dünya Kubokunun gümüş mükafatçısı Adil Hacızadə
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Yarış ili çox yaxşı başladı, Dünya Kubokunda gümüş medal mənə stimul verib.

Bu barədə Trend-ə Bakıda keçirilən Dünya Kubokunda tamblinq üzrə proqramda gümüş medal qazanan azərbaycanlı gimnast Adil Hacızadə deyib.

"Dünya Kubokunun finalı çox gözəl keçdi, mən çox istəyirdim ki, bu, hər şey alınsın və elə də oldu. Proqramımda bəzi dəyişikliklər edildi, buna görə də, şübhəsiz ki, həyəcan var idi. Finalçılar siyahısında trasa sonuncu daxil oldum, bu da mənə müəyyən mənada kömək etdi, çünki rəqiblərimin necə çıxış etdiyini, nə qədər xal topladıqlarını görürdüm", - deyə gimnast bildirib.

Adil Hacızadə vurğulayıb ki, indi o Avropa çempionatına hazırlaşacaq. “Vaxt var, biz proqrama dəyişikliklər edib, onu daha da mürəkkəbləşdirəcəyik”, - deyə o, yekunlaşdırıb.

Qeyd edək ki, fevralın 23-25-də Bakıda Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku keçirilib. Yarışda 32 ölkədən gimnastlar iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti