...

Ötən il mənzil bazarında qiymətlər bu qədər bahalaşıb

Cəmiyyət Materials 27 Fevral 2024 18:54 (UTC +04:00)
Ötən il mənzil bazarında qiymətlər bu qədər bahalaşıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı Trend:

DSK-nın məlumatına əsasən 2023-cü ilin IV rübündə mənzil bazarında qiymət indeksi ötən ilin müvafiq rübünə nəzərən 9% artıb.

Trend-in məlumatına görə, bu barədə Mərkəzi Bankın 2023-cü il üzrə Pul Siyasəti İcmalında deyilir.

Qeyd edilib ki, ilkin mənzil bazarında qiymət indeksi 6.9%, təkrar mənzil bazarında qiymət indeksi isə 9.1% yüksəlib.

2023-cü ilin III rübü ilə müqayisədə IV rüb üzrə qiymət indeksi ümumilikdə mənzil bazarında 1.7%, ilkin mənzil bazarında 1.8%, təkrar mənzil bazarında isə 1.7% artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti