...

Cəlilabadda evlərdən qızıl-zinət əşyaları oğurlayanlar saxlanılıb

Cəmiyyət Materials 8 Mart 2024 14:10 (UTC +04:00)
Cəlilabadda evlərdən qızıl-zinət əşyaları oğurlayanlar saxlanılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cəlilabadda yaşayış evlərindən qızıl-zinət əşyaları oğurlayan şəxslər saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Cəlilabad şəhəri ərazisindəki evlərin birindən qızıl-zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən rayon sakinləri Teymur Səxavətli və Şəhadət Seydanov müəyyən edilərək saxlanılıblar. Həyata keçirilən əlavə tədbirlərlə həmin şəxslərin Cəlilabad şəhəri ərazisindəki müxtəlif vaxtlarda daha üç evdən pul və qızıl-zinət əşyaları oğurladıqları müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davan etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti