...

Taksi sayı yaydan bu yana 67 mindən 60 minə qədər azalıb, 20 min bəs edir - Nazir müavini

Cəmiyyət Materials 11 Mart 2024 13:04 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün bizim mümkün vəsaitimiz var və bu vəsaiti daha yaxşı istiqamətlərə sərf etməyə çalışırıq.

Trend-in məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.

O qeyd edib ki, ötən yaydan bura cüzi dəyişikliklər hesabına 67 mindən 60 minə qədər azalıb.

"Bakının ehtiyac olan taksi 20 min civarında kifayət etməlidir. Bu eyni anda 40 minə qədər insanın işsiz qalması demək deyil. Bizim ictimai nəqliyyatda sürücü çatışmazlığımız var", - deyə nazir müavini bildirib.

Qeyd edək ki, avtomobil nəqliyyatı ilə fevral ayında 127,5 milyon sərnişin daşınıb və əvvəlki ilin yanvar ayı ilə müqayisədə 5,9 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,4 faizi avtobus, 4,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə etmişdir. Sərnişin dövriyyəsi isə 6,9 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti