...

Vergidən yayınmanın ağır cəzası mövcud olmalıdır – Rəis müavini

Cəmiyyət Materials 13 Mart 2024 12:14 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Son 5 ildə vergi yoxlamaları azalıb, aktiv vergi ödəyicilərinin sayında 1,7 % artım olub.

Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.

O bildirib ki, vergi ödəyicilərinin könüllü vergi ödəməsi elektronlaşma hesabına həyata keçirilir.

“Vergi orqanı çəkişmə prosesinə getmir. Hədəf könüllü əməletmənin təmin edilməsidir. Amma vergidən yayınmanın ağır cəzası mövcud olmalıdır. Bütün dünyada bu belədir. Şəffaflaşmanın müxtəlif göstəriciləri var.

Vergi yoxlamalarının sayının azalması fonunda vergi əməkdaşlarının sayı azalmır. Çünki vergi orqnlarına bir çox başqa sahələr də verilib. Əmək bazarında şəffaflaşmanın təmin edilməsi də vergi orqanlarının səlahiyyətinə verilib”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti