...

Qar yağıb, şaxta və duman olub - FAKTİKİ HAVA (YENİLƏNİB)

Cəmiyyət Materials 25 Mart 2024 17:07 (UTC +04:00)
Qar yağıb, şaxta və duman olub - FAKTİKİ HAVA (YENİLƏNİB)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Martın 25-i saat 16:00-a olan məlumata əsasən bölgələrə yağış və qar yağıb.

Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Göygöl, Naftalan, Şəmkir, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, İsmayıllı, Qobustan, Altıağac, Quba, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Yardımlıda yağış, Qrız, Şahdağ, Daşkəsən, Gədəbəy, Şəki, Qax, Qusarda qar yağıb.

Şamal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 17 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dağlanın hündürlüyü 2.6 metrə çatıb.

Həmçinin, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Yevlax, Lerik, Sumqayıtda duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında və Naxçıvan MR-da 8, Aran rayonlarında 10 dərəcəyədək isti, dağlıq rayonlarda 2 dərəcəyədək şaxta olub.

xxx

10:47

Martın 25-i saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, dağlıq rayonlarda qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Şahdağda 31 sm, Qrızda 3 sm, Qusarda 1 sm olub.

Düşən yağıntının miqdarı Ağsuda 11 mm, Goranboy, Ağdamda 9 mm, Yevlaxda 8 mm, Zərdab, Mingəçevirdə 7 mm, İsmayıllı, Göyçay, Astara, Naftalanda 6 mm, Kürdəmir, Beyləqanda 5 mm, Yardımlı, Tərtər, Şəki, Oğuz, Xaltan, Lənkəran, Lerik, Qəbələ, Göygöl, Şamaxı, Bərdə, Cəfərxan, İmişli, Şahdağ, Quba, Qusar, Balakən, Şahbuz, Ordubad, Sədərək, Qrız, Qobustan, Zaqatala, Şərur, Culfa, Gədəbəy, Sabirabadda 4 mm-dək, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Sumqayıt, Daşkəsən, Göygöl, Şəmkir, Oğuz, Şəki, Qax, Şamaxı, Qobustan, Quba, Qusar, Göyçay, Balakən, Xaltan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 6, Naxçıvan MR-da 6 Aran rayonlarında 7 dərəcəyədək isti, dağlıq rayonlarda 0-3 dərəcə şaxta olub.

Xəbər lenti

Xəbər lenti