...

Lənkəranda zəncirvari qəza - Ata və oğul öldü (FOTO) (YENİLƏNİB)

Cəmiyyət Materials 28 Mart 2024 10:20 (UTC +04:00)
Lənkəranda zəncirvari qəza - Ata və oğul öldü (FOTO) (YENİLƏNİB)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün 08 radələrində Lənkəran şəhərinin Sütəmurdov kəndi ərazisində Ə.Sədiyarovun idarə etdiyi "Mercedes", Z.Kərimovun idarə etdiyi "VAZ 2109" və D.Səfərlinin idarə etdiyi "Chevrolet" markalı avtomobillər toqquşublar.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, nəticədə "VAZ 2109" markalı avtomobilin sürücüsü və oğlu C.Kərimov hadisə yerində ölüblər.

“Mercedes"in sürücüsü isə bədən xəsarətləri alıb. Qəza ilə bağlı araşdırmalar davam etdirilir.

xxx

09:52

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə səhər saatlarında Lənkəran rayonunun Sütəmurdov kəndi ərazisində qeydə alınıb.

"VAZ-2109", "CHEVROLET CRUZ" və " Mercedes" markalı nəqliyyat vasitələri toqquşub. Qəza nəticəsində "VAZ-2109"da olan sürücü və sərnişin hadisə yerində ölüb. Onların ata və oğul olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti