...

Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANIB

Cəmiyyət Materials 28 Mart 2024 16:09 (UTC +04:00)
Bayram günlərində baş vermiş qəzalarda ölənlərin sayı AÇIQLANIB
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Novruz bayramı ilə əlaqədar mart ayının 20-dən 27-dək müəyyən edilmiş istirahət günlərində respublika ərazisində ölüm və xəsarətlə nəticələnən 39 yol nəqliyyat hadisəsi qeydə alınmışdır ki, nəticədə 7 nəfər həyatını itirib.

Trend xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, builki bayram günlərində ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm faktı 36 faiz azalıb.

Qeyri iş günlərində Baş DYP İdarəsinin bütün şəxsi heyəti gücləndirilmiş iş rejimində fəaliyyət göstərmiş və demək olar ki, bütün stasionar postlarda gündəlik nəzarət tədbirləri həyata keçirilib.

Baş DYP İdarəsi tərəfindən yollarda baş verə biləcək ağır nəticəli qəzaların qarşısının alınasına yönəlmiş profilaktik tədbirlər bundan sonra da davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti