...

Bərdədə canavar təsərrüfata hücum etdi - 20 qoyun tələf oldu (FOTO)

Cəmiyyət Materials 30 Mart 2024 13:41 (UTC +04:00)
Bərdədə canavar təsərrüfata hücum etdi - 20 qoyun tələf oldu (FOTO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

Bərdədə canavar təsərrüfata hücum çəkib. Nəticədə, 20 baş xırdabuynuzlu heyvan tələf olub.

Trend-in Qarabağ bürosu xəbər verir ki, hadisə rayonunun Tumaslı kəndində, Rza Hüseynova məxsus təsərrüfatda baş verib.

Gecə saatlarında tövləyə girən canavar 20 baş xırdabuynuzlu heyvanı parçalayıb, 30 başını isə yaralayıb. Rayon Baytarlıq idarəsi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən təsərrüfata baxış keçirilib.

Tələf olmuş heyvanlar baytarlıq xidmətinin əməkdaşları tərəfindən dərmanlaraq basdırılıb. Təsərrüfatda quduzluğa qarşı vaksinasiya tədbirləri aparılıb.

Qeyd edək ki, təsərrüfat sahibi bildirib ki, baş verən hadisə zamanı ona 10 min manata yaxın ziyan dəyib.

Xəbər lenti

Xəbər lenti