...

Azad edilən ərazilərə qayıdan 1500 nəfər işlə təmin edilib

Cəmiyyət Materials 2 Aprel 2024 12:29 (UTC +04:00)
Azad edilən ərazilərə qayıdan 1500 nəfər işlə təmin edilib
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bugünədək işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşlardan 1500-ü daimi işlə təmin edilib.

Trend xəbər verir ki, bu barədə DOST TV-nin canlı yayımında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, ümumilikdə azad edilən ərazilərə qayıdan 2500 vətəndaşla aktiv iş aparılıb:

"Geri qayıdan vətəndaşlarımızın məşğulluğu təmin edilməlidir. Cari il ərzində 20 mindən artıq vətəndaş torpaqlarına geri qayıdacaq. Bu səbəbdən qarşımızda böyük işlər durur. Həmin vətəndaşların bir çoxu ixtisassız şəxslərdir. Bu səbəbdən peşə hazırlıq proqramları hazırladıq. İlə ən azı 3 min vətəndaşa peşə hazırlığı vasitəsilə ixtisas, peşə veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti