...

Oğuzda narkotiklərlə əlaqəli 2 nəfər saxlanılıb

Cəmiyyət Materials 14 Aprel 2024 09:56 (UTC +04:00)

Bakı. Trend:

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər məhkum olunmuş Qardaş Abdullayev və Teymur Sadıqov saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, onlardan narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işləri başlanıb, araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti