...

Ümumi təhsil müəssisələrində oxuyanların sayı açıqlandı

Cəmiyyət Materials 18 Aprel 2024 12:25 (UTC +04:00)
Ümumi təhsil müəssisələrində oxuyanların sayı açıqlandı
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ümumi təhsil müəssisələrində 1 700 000-dən çox şagird təhsil alır.

Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov hesabat brifinqində deyib.

“Məktəbəqədər təhsil müəssisələrində 106 212 uşaq təhsil alır. Əsas hədəfimiz məktəbəqədər təhsilin əhatəliliyini 30%dən 50%ə çatdırmaqdır. Məktəbdənkənar təhsil müəssisələrində isə təhsil alanların sayı 121 297 nəfərdir”,- deyə E.Bağırov bildirib.

Onun sözlərinə görə, Elm və Təhsil Nazirliyinin apardığı islahatlardan biri də idarəetmə ilə bağlıdır:

"Nazirlik yanında yaradılan Agentliklər icra və nəzarət mexanizmini qurur. Elm və Təhsil Nazirliyi tərəfindən müəyyənləşdirilən təhsil sahəsindəki dövlət siyasətindən irəli gələn qanunvericilik aktlarının yerlərdə icrası və ona nəzarərin təşkili ilə məşğuldur.

Əlçatanlıq, bərabərlik və keyfiyyətin təmin olunması, vətəndaş məmnunluğu əsas prinsiplərimizdir. Hədəflərimiz müəllim, təhsil idarəçiləri, uşaqlar, yeniyetmələr və gənclərdir, missiyamız çatacağımız hədəflərlə formalaşacaq təhsil müəssisələridir.

Agentlik 4 əsas istiqamət üzrə fəaliyyət göstərir: təhsilalanların nailiyyətlərinin izlənilməsi, peşəkar təhsilverənlərin formalaşdırılması, şəffaf idarəetmənin tətbiqi, müasir təhsil infrastrukturunun yaradılması".

Xəbər lenti

Xəbər lenti