...

I Türk Dövlətləri Kardioloji Qurultayı tibb icmaları arasındakı əlaqələrə öz töhfəsini verəcək - Nazir

Cəmiyyət Materials 20 Aprel 2024 10:55 (UTC +04:00)
I Türk Dövlətləri Kardioloji Qurultayı tibb icmaları arasındakı əlaqələrə öz töhfəsini verəcək - Nazir
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Ortaq tarix, dil, kimlik və mədəniyyət üzərində qurulan Türk Dövlətləri Təşkilatının beynəlxalq münasibətlər sistemində artan nüfuzu ölkə rəhbərlərinin uzaqgörən siyasətinin, qarşılıqlı inam və etimadının nəticəsidir.

Trend xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev I Türk Dövlətləri Kardioloji Qurultayının rəsmi açılışında çıxışı zamanı deyib.

“Qardaş ölkələrin iştirakı ilə ilk dəfə təşkil olunan I Türk Dövlətləri Kardioloji Qurultayı tibb icmaları arasındakı münasibətlərin yeni mərhələyə keçdiyinin və Təşkilatın dayanıqlı platforma kimi artan nüfuzunun göstəricisidir. Qurultay burada təmsil olunan ölkələrin tibb mütəxəssisləri ilə, eyni zamanda, digər ölkələrdə fəaliyyət göstərən türksoylu peşəkarlarla əlaqələr qurmaq, onların təcrübələri ilə tanış olmaq və gələcək əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün möhkəm əsaslar yaradır.

I Türk Dövlətləri Kardioloji Qurultayının ölkələrimizin tibb icmaları arasındakı əlaqələrin dərinləşməsinə öz əvəzsiz töhfələrini verəcəyinə inanırıq. Qurultayın təşkilinin ənənə halını almasını və hər il bir ölkənin tədbirə ev sahibliyi etməsini təklif edirəm.

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin vahid tibb elmi məkanının yaradılması, birgə elmi-tədqiqatların aparılması, vahid tibb təhsili standartlarının müəyyənləşdirilməsi, davamlı tibbi təhsilin təminatı birgə fəaliyyətimizin gələcək istiqamətləri kimi düşünülə bilər", - deyə nazir əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti