...

Bəzi vətəndaşlara dəfn müavinətini kim ödəyəcək? - Nazir danışdı

Cəmiyyət Materials 22 May 2024 11:36 (UTC +04:00)
Bəzi vətəndaşlara dəfn müavinətini kim ödəyəcək? - Nazir danışdı
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

“Maliyyə təminatı ilə əlaqədar bəzi kateqoriyadan olan vətəndaşlara dəfn müavinətləri verilmir”.

Trend xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Milli Məclisinin Əmək və sosial siyasət komitəsinin iclasında bildirib.

“Bu məsələni Milli Məclis qaldırmışdı. Maliyyə təminatı ilə bağlı bu müavinət Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən ödənilmir. Növbəti mərhələlərdə maliyyə təminatı ilə bağlı məsələ Maliyyə nazirliyi ilə müzakirə olunacaq”,- deyə nazir bildirib.

Qeyd edək ki, iclasda komitə sədri Musa Quliyev bəzi kateqoriyadan olan vətəndaşlara dəfn müavinətlərinin verilməsini təklif edib.

Xəbər lenti

Xəbər lenti