...

Elməddin o vaxt mənə dedi ki, onları Kəlbəcərə döyüşə aparacaqlar - Şəhidin atası

Cəmiyyət Materials 23 May 2024 13:39 (UTC +04:00)
Elməddin o vaxt mənə dedi ki, onları Kəlbəcərə döyüşə aparacaqlar - Şəhidin atası
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Elməddin 18 yaşında həqiqi hərbi xidmətə getdi. İtkin xəbəri gələndən sonra oğlumdan bir də xəbər ala bilmədik. Əlim çatan hər yeri axtardım Elməddindən xəbər-ətər olmadı.

Bu sözləri Trend-ə şəhidin atası Şirxan Abbasov deyib.

O bildirib ki, dörd övladından biri Birinci Qarabağ müharibəsində şəhid olub, digər oğlu isə müharibə veteranıdır:

"Elməddin 18 yaşı tamam olduqdan sonra qanuni həqiqi hərbi xidmətə getmişdi. Əvvəlcə Şəmkirə aparmışdılar. Yanına getmişdim, o vaxt dedi ki, onları Kəlbəcərə döyüşə aparacaqlar. Qardaşım uşaqları Şəmkirdə yaşayır, onlar tez-tez Elməddin ilə danışırdılar. Elməddin bir gün onlara deyib ki, sabah bizi Kəlbəcərə aparırlar. O vaxtdan Elməddindən xəbər yoxdur.

Elməddin Hava Müdafiəsi dəstəsində xidmət edirdi. Mən elə ehtimal edirəm ki, o vaxt Qar uçqunu olanda qalıblar uçqun altında. Donub ölüblər bəlkə də. Sonra da gətirib Gəncədə Şəhidlər Xiyabanında naməlum adə ilə dəfn ediblər. 2014-cü ildə məndən, anasından, qızımdan və oğlumdan nümunələr götürdülər. Elə o nümunələrlə DNT analizi aparılıb müəyyən edilib ki Elməddindir. 31 ildir Sumqayıtda yaşayırıq Elməddini də Sumqayıt Şəhidlər xiyabanında dəfn etmək istədiyimizi dedik. Bu gün oğlumu son mənzilə yola salacam".

Ş.Abbasov onu da qeyd edib ki, Birinci Qarabağ müharibəsində qızının yoldaşı, bacısının oğlu, bir də öz oğlu Elməddin şəhid olublar.

Qeyd edək ki, Birinci Qarabağ mügharibəsində şəhid olmuş Elməddin Abbasov Sumqayıt şəhər Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Xəbər lenti

Xəbər lenti