...

Azərbaycan təhsilində yeni ixtisaslar açılacaq - Nazir AÇIQLADI

Cəmiyyət Materials 27 May 2024 10:14 (UTC +04:00)
Azərbaycan təhsilində yeni ixtisaslar açılacaq - Nazir AÇIQLADI
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Növbəti illərdə biz yeniliklər görəcəyik.

Trend xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, növbəti illərdən təhsil sistemində innovativ yeniliklər tətbiq olunacaq.

“Təhsil ictimaiyyəti olaraq yenilənməyə hər zaman açıq olmalıyıq. Təhsilin kökündə dayanan fundamental elmlərdir, məhz inkişafa aparan bu elmlərdir. Dövrün reallıqlarına uyğun olaraq yeni ixtisasların açılmasını da görəcəyik”, - deyə nazir əlavə edib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl artım gündəliyində təhsil” mövzusunda konfrans keçirilib. Konfransda elm və təhsil naziri Emin Əmrullayev, həmçinin, digər dövlət rəsmiləri, millət vəkilləri iştirak edib.

Xəbər lenti

Xəbər lenti