...

“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 132-134 nömrəli Təhsil Kompleksində tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 31 May 2024 19:02 (UTC +04:00)
“Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 132-134 nömrəli Təhsil Kompleksində tədbir keçirilib (FOTO)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Ana dilimiz və təhsil” layihəsi çərçivəsində 132-134 nömrəli Təhsil Kompleksində tədbir keçirilib.

Tədbirdə Mərkəzin direktoru professor Sevinc Əliyeva, mütəxəssislər Gülnar İsmayılova, Günel Cəbrayılova, Vüqar Qurbanov və Səddam Muxtarlı, həmçinin Təhsil Kompleksinin direktoru Sara Xanlarova və müəllim-şagird heyəti iştirak ediblər.

Çıxış edənlər – Sara Xanlarova və Sevinc Əliyeva Azərbaycan dilinin mövcud vəziyyəti, orta məktəblərdə ana dilinin tətbiqi, Azərbaycan dilində səlis danışıq və düzgün yazı vərdişlərinin inkişafından bəhs etməklə mövcud problemlərin həlli istiqamətində tövsiyə və təkliflərini tədbir iştirakçılarının nəzərinə çatdırıblar.

Mütəxəssis Gülnar İsmayılova tərəfindən keçirilmiş interaktiv təlimdə fəal iştirak edən şagirdlər müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Şagirdlərin ifalarındakı şeir nümunələri və “Turacı” rəqsi tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Xəbər lenti

Xəbər lenti