...

2030-cu ilə qədər dövrü əhatə edən yeni təhsil proqramı hazırlanacaq

Cəmiyyət Materials 11 İyun 2024 13:24 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2030-cu ilə qədər dövrü əhatə edən yeni təhsil proqramı hazırlanacaq.

Trend xəbər verir ki, bunu UNICEF-in Azərbaycan nümayəndəliyinin Təhsil proqramının rəhbəri Leyla Həsənova BMT-nin Uşaq Hüquqları Komitəsinin (CRC) 92-ci sessiyasında Azərbaycan Hökumətinin dövri məruzəsinə əsasən CRC tərəfindən qəbul edilən yekun müşahidələrin müzakirəsi ilə bağlı iyunun 11-də keçirilən tədbirdə deyib.

Məktəbəqədər təhsillə bağlı fikirlərini bölüşən UNICEF-in nümayəndəsi bütün səviyyələrdə hazırlığın təmin olunacağını qeyd edib.

Tədrisin təkmilləşdirilməsinə və genişləndirilməsinə ehtiyacın olduğunu deyən L.Həsənova burada maliyyə təminatının vacibliyini diqqətə çatdırıb.

Xəbər lenti

Xəbər lenti