...

Abşeronda iki nəfərin telefonu oğurlandı

Cəmiyyət Materials 13 İyul 2024 12:40 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron rayonunda iki nəfərin telefonu oğurlanıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhəri və Masazır qəsəbəsi ərazisində müxtəlif vaxtlarda iki nəfərin mobil telefonlarını oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuşlar - Q.Hüseynzadə və T.Rəfiyeva saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti