...

Sabah Suraxanıda qaz kəsiləcək

Cəmiyyət Materials 17 İyul 2024 18:17 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Bakının Suraxanı rayonunun bəzi ərazilərində qaz təchizatı müvəqqəti dayandırılacaq.

Trend xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, iyulun 18-də saat 10:00-dan etibarən Suraxanı rayonu, Zığ qəsəbəsində yerləşən orta təzyiqli qaz kəmərində aparılacaq təmir-quraşdırma işləri ilə bağlı yüksək təzyiqli magistral qaz kəməri üzərində quraşdırılmış “Qaraçuxur əhali” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Suraxanı rayonu, Hövsan qəsəbəsi, Dədə-Qorqud, Bahar yaşayış massivləri, MİDA yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər lenti

Xəbər lenti