...

Dəmiryol nəqliyyatı ilə sərnişinlərin və yük-baqajın daşınması qaydaları təsdiqləndi

Cəmiyyət Materials 24 İyul 2024 12:36 (UTC +04:00)
Dəmiryol nəqliyyatı ilə sərnişinlərin və yük-baqajın daşınması qaydaları təsdiqləndi
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Nazirlər Kabineti “Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması Qaydaları”nı təsdiqləyib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Qaydalar Azərbaycanda dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınmasının təşkili və həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

Belə ki, şəhərətrafı qatarda 7 yaşınadək uşaqlar yetkinlik yaşına çatmış sərnişinin müşayiəti ilə pulsuz, 7 yaşdan böyük uşaqlar gedişhaqqı ödənilməklə daşınacaq.

Rayonlararası (şəhərlərarası) sərnişin qatarında isə 10 yaşınadək uşaqların yetkinlik yaşına çatmış sərnişinin müşayiəti olmadan daşınmasına yol verilməyəcək, yetkinlik yaşına çatmış sərnişinin müşayiəti ilə ayrıca yer tutmadan gediş sənədi rəsmiləşdirməklə 5 yaşına qədər bir uşaq pulsuz aparılacaq.

7 və 10 yaşınadək uşaqlar müşayiət olunmadıqda daşıyıcının nümayəndələri onları ən yaxın dəmiryol vağzalında və ya məntəqədə polisə təhvil verəcək.

Bundan başqa, şəhərətrafı qatarın 20 dəqiqədən çox ləngiməsi və yaxud hərəkətinin ləğvi ilə əlaqədar istifadə edilməyən gediş sənədi (bilet) qaytarıldıqda sərnişin tam gediş haqqını geri almaq hüququna malikdir. Belə hallarda sərnişinin əlavə olaraq gedilməyən məsafə üzrə boş yer olduğu təqdirdə növbəti qatarla təyinat nöqtəsinə və ya əks istiqamətli qatarla başlanğıc nöqtəsinə (geri qayıtma) daşınmasını tələb etmək hüququ var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti