Bakı. Trend:
Avqustun 15-də Azərbaycanda hava şəraitinin yağıntılı olacağı gözlənilir.
Bu barədə Trend-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi,
şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi
gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın
temperaturu gecə 20-25°, gündüz 26-30° olacaq. Atmosfer təzyiqi 758
mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət
65-75 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,
şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli,
intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və
səhər arabir duman olacaq. Mülayim şərq küləyi bəzi yerlərdə arabir
güclənəcək.
Havanın temperaturu gecə 20-25°, gündüz 26-31°, dağlarda gecə
11-16°, gündüz 17-19° olacaq.