...

Pirşağıda dənizdə batdığı ehtimal olunan 27 yaşlı oğlanın axtarışları davam edir

Cəmiyyət Materials 23 Avqust 2024 17:49 (UTC +04:00)
Pirşağıda dənizdə batdığı ehtimal olunan 27 yaşlı oğlanın axtarışları davam edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Sabunçu rayonunda dənizdə batan vətəndaşın axtarışları fasiləsiz olaraq davam etdirilir.

Trend xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Avqustun 20-də 1 nəfərin Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batması barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub və Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb ediliblər.

Hazırda batdığı ehtimal olunan 1997-ci il təvəllüdlü Qurbanov Kənan Vaqif oğlunun axtarışları dalğıclar tərəfindən fasiləsiz olaraq davam etdirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti