...

Hərbi Hava Qüvvələrinin zabiti həbs olundu

Cəmiyyət Materials 23 Avqust 2024 20:35 (UTC +04:00)
Hərbi Hava Qüvvələrinin zabiti həbs olundu
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin N saylı hərbi hissəsinin yanacaq-sürtkü materialları xidmətinin rəisi, kapitan Həsənov Ülvi Bəxtiyar oğlu barəsəində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Həsənov Ülvi Bəxtiyar oğluna Cinayət Məcəlləsinin 179.3.2-ci, 341.1-ci və digər maddələri ilə ittiham elan edilmiş, Hərbi Prokurorluğun təqdimatına əsasən, Bakı hərbi məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti