...

Bütün dövlət qurumlarında kiberhücumların simulyasiyasına başlanılacaq

Cəmiyyət Materials 19 Sentyabr 2024 12:03 (UTC +04:00)
Bütün dövlət qurumlarında kiberhücumların simulyasiyasına başlanılacaq
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti yaxın vaxtlarda bütün dövlət qurumlarında kiberhücumların simulyasiyasına başlayacaq.

Trend xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov Bakıda ‘‘Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik’’ mövzusunda keçirilən ‘‘Beynəlxalq Kibertəhlükəsizlik Günləri’’ (ICSD-2024) konfransında deyib.

"Artıq neçə ildir ölkəmizdə kibergigiyena layihəsini həyata keçiririk. Burada iki əsas istiqamət mövcuddur. Bunlardan biri informasiya təhlükəsizliyi təqviminin hazırlanması və onun əsasında müəyyən seminarların təşkilidir.

Digər istiqamət isə kibergigiyena pilot layihəsinin həyata keçirilməsi idi. Kibergigiyena pilot layihəsi artıq yeni bir mərhələyə keçib. Söhbət praktik öyrənmədən reaktiv öyrənmə metoduna keçiddən gedir.

Belə ki, biz yaxın vaxtlarda bütün dövlət qurumlarında kiber hücumların simulyasiyası ilə onların reaksiyasını ölçməyi planlaşdırırıq. Bu metodla onların öyrənmə bacarıqlarını və reaksiya qabiliyyətlərini artırmağı hədəfləyirik", - deyə T.Məmmədov qeyd edib.

Qeyd edək ki, Bakıda növbəti – dördüncü ‘‘Beynəlxalq Kibertəhlükəsizlik Günləri’’ (ICSD-2024) konfransı keçirilir. Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və "PROSOL" şirkətinin birgə təşkilatçılığı ilə ‘‘Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik’’ mövzusuna həsr olunan konfransda kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli və xarici mütəxəssislərin, həmçinin dövlət qurumları, özəl müəssisəsə və təşkilatlarda bu sahəyə cavabdeh olan şəxslər iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti