...

Akademik icmanın siyasi dairələr və sənaye ilə qarşılıqlı əlaqəsinin qurulması zəruridir - Kembric Universitetinin nümayəndəsi

Cəmiyyət Materials 4 Oktyabr 2024 16:31 (UTC +04:00)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Elmin ictimai proseslərə real təsir göstərə bilməsi üçün akademik icmanın siyasi dairələr və sənaye ilə qarşılıqlı əlaqəsinin qurulması zəruridir.

Trend xəbər verir ki, bu barədə Kembric Universitetinin “Cambridge Zero” strategiyası üzrə direktoru Stiven Devidson (Stephen Davidson) Bakıda “İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi" çərçivəsində keçirilən beynəlxalq konfransın son günündə "Elmi çağırışların öhdəsindən gəlməkdə qlobal və regional əməkdaşlığın rolu" mövzusunda panel müzakirələri zamanı bildirib.

Onun sözlərinə görə, akademik əməkdaşlığı 2 tipə bölmək mümkündür: "daxili" (Akademiyalararası) və "xarici" (akademik mühitlə digər sektorlara arasında).

"Daxili əməkdaşlıq universitet sisteminin təməlini təşkil edir və qlobal bilik qardaşlığını əks etdirir. Bu format yalnız bilik mübadiləsinə deyil, həm də resursların paylaşılmasına imkan tanıyır, eyni zamanda birgə elmi nəşrlərin yaradılmasına kömək edir ki, bu da elmi təsiri artırır və əlavə maliyyələşdirmə cəlb edir.

Nəticədə, bu, yeni texnologiyalara çıxışı təmin edir və beynəlxalq əlaqələri gücləndirir. Lakin elmin ictimai proseslərə real təsir göstərə bilməsi üçün akademik icmanın siyasi dairələr və sənaye ilə qarşılıqlı əlaqəsinin qurulması vacibdir", - o qeyd edib.

Xəbər lenti

Xəbər lenti