...

Elmin inkişafı üçün zəruri ekosistem mövcud olmalıdır - SOCAR-ın prezidenti

Cəmiyyət Materials 8 Oktyabr 2024 11:46 (UTC +04:00)
Elmin inkişafı üçün zəruri ekosistem mövcud olmalıdır - SOCAR-ın prezidenti
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Elmin inkişafı üçün zəruri ekosistem mövcud olmalıdır.

Trend xəbər verir ki, bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf Təhsilin İnkişafı Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, SOCAR 5 ali təhsil müəssisəsi ilə təcrübə proqramı həyata keçirir.

“Universitetlərlə məhz kadr hazırlığı üzrə əməkdaşlıq edilir. İstənilən sahədə 5-10 ildən sonra texnologiyalar tamam fərqli olacaq. Biz həmin texnologiyalara sahib olmalıyıq ki, digər ölkələrlə yarışa bilək. Elmin inkişafı üçün zəruri ekosistem mövcud olmalıdır.

Əqli mülkiyyət sahəsində də elmin inkişafı üçün zəruri platforma olmalıdır. Elmin prestijinin artırılması da çox önəmli bir məqamdır. Elmlə məşğul olmaq istəyən gənclərin ailəsi tərəfindən necə qarşılanması məsələsi üzərində də işləməliyik. Onlar bilməlidir ki, elmlə məşğul olmaq, patentə sahib olmaq da gəlir gətirir. Elmə də insan kapitalı lazımdır”,- deyə R.Nəcəf əlavə edib.

Qeyd edək ki, Bakıda Təhsilin İnkişafı Forumu keçirilir.

Təhsilin İnkişafı Forumu 2024-ün əsas məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafı ilə yanaşı birgə dialoq üçün uyğun platforma təmin etmək və prosesi hərtərəfli dəstəkləməkdir.

Forum hər il ölkənin təhsil sisteminin cari vəziyyəti, iqtisadiyyata inteqrasiyası, dövlət-özəl tərəfdaşlığının inkişaf perspektivlərinə dair ən vacib məsələlərin müzakirəsi üçün faydalı platforma təmin edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti