...

Paytaxtda 251 min dollarlıq dələduzluq - DİN əməliyyat keçirdi

Cəmiyyət Materials 2 Dekabr 2024 12:27 (UTC +04:00)
Paytaxtda  251 min dollarlıq dələduzluq - DİN əməliyyat keçirdi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Polis Binəqədi və Nizami rayonlarında dələduzluqda şübhəli bilinən 2 nəfəri müəyyən edərək saxlayıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bir nəfərin 251.000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 34 yaşlı E.Gözəlov, Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə bir nəfərin 10.000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 46 yaşlı V.Rzayev müəyyən olunaraq saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti