...

Azərbaycanda radioyayım şəbəkəsi genişləndirilib

Cəmiyyət Materials 11 Dekabr 2024 11:01 (UTC +04:00)
Azərbaycanda radioyayım şəbəkəsi genişləndirilib
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Prezident İlham Əliyevin 24 iyul 2023-cü il tarixli "Azərbaycan Respublikasının ərazisində radioyayım şəbəkəsinin genişləndirilməsi üçün maliyyə vəsaitinin ayrılması haqqında" sərəncamı çərçivəsində radioyayım şəbəkəsi genişləndirilib, təkmilləşdirilib, yayım infrastrukturu isə müasirləşdirilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasında radio yayımın dünəni, bu günü və sabahı mövzusunda keçirilən seminarda məlumat verilib.

Bildirilib ki, layihənin məqsədi əhalinin milli radiolara əlçatanlığının daha yüksək səviyyəyə çatdırılması, bu istiqamətdə əsasən özəl yayımçılara dövlət dəstəyinin göstərilməsi, yeni texnologiyaların tətbiqi ilə eyni radioproqramların müxtəlif ərazilərdə fasiləsiz qəbul imkanının yaradılması nəzərdə tutulub.

Görülmüş işlərə gəldikdə isə 176 ədəd FM radioyayım ötürücüsü, 60 dəst anten sistemi, 48 dəst cəmləmə qurğusu, 44 ədəd RDS qurğusu və s. quraşdırılıb.

Fasiləsiz enerji təminatı üçün zəruri infrastruktur yaradılıb. Elektrik veriliş xətləri çəkilib, transformatorlar, generatorlar, UPS və s. avadanlıqlar quraşdırılıb.

Mövcud yayım stansiyalarının maddi-texniki bazası yaxşılaşdırılıb.

Müvafiq stansiyalar təmir edilib, havalandırma və avadanlıqların məsafədən idarə edilməsi sistemləri qurulub.

Xəbər lenti

Xəbər lenti