Bakı. Trend:
2024-cü ildə Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən Vəkillərin İntizam Komissiyasının müvafiq rəyləri üzrə qəbul edilən qərarların statistikası açıqlanıb.
Trend xəbər verir ki, bu məlumat Vəkillər Kollegiyasının 2024-cü il üzrə fəaliyyəti barədə hesabatda öz əksini tapıb.
Hesabatda vəkillik fəaliyyətini müəyyən müddətə dayandırma ilə bağlı qərarlar da göstərilib.
Belə ki, hesabat ilində 6 nəfərin 3 aylıq, 2 nəfərin 6 aylıq, 4 nəfərin isə 1 illik vəkillik fəaliyyəti dayandırılıb.
Bundan əlavə vətəndaşların müraciətləri əsasında 10, dövlət orqanlarının müraciətləri əsasında 4, üzvlük haqqı borcuna görə 3 nəfər barədə üzvlükdən xaric olunma ilə əlaqədar məhkəməyə müraciət edilib.
Həmçinin, intizam tənbehi tətbiq edilmədən xəbərdarlıq edilməsi ilə bağlı 41 qərar qəbul olunub.