...

Vüqar Rəhimzadə Culfada seçiciləri ilə görüş keçirib (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2025 17:12 (UTC +04:00)
Vüqar Rəhimzadə Culfada seçiciləri ilə görüş keçirib (FOTO)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Yaycı kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.

Trend xəbər veerir ki, deputat görüşdə seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları maraqlandıran sualları cavablandırıb.

Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə həmçinin Yaycı kəndindən olan şəhidlər Hüseynli Rəşad Ramiz oğlu, Bayramov Bağır Tahir oğlu, Nəcəfov Məzahir Ramazan oğlu və Rzalı Daşqın Elşad oğlunun ailələrini evlərində ziyarət edib. Şəhid ailələri ilə görüşlərdə millət vəkili bildirib ki, Azərbaycan xalqı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan igidlərimizin şücaətini hər zaman yüksək qiymətləndirir, ruhuna ehtiram göstərir, xatirəsini daim uca tutur.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci xanım Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Millət vəkili kəndin ən yaşlı sakini - 102 yaşlı Səfərov Abdulla Qasım oğlunu da evində ziyarət edib, ona cansağlığı arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti