...

"Brent" neftinin qiyməti sentyabrdan bəri ilk dəfə 69 dollardan aşağı düşüb

Cəmiyyət Materials 5 Mart 2025 22:31 (UTC +04:00)
"Brent" neftinin qiyməti sentyabrdan bəri ilk dəfə 69 dollardan aşağı düşüb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Londonun ICE birjasında 2025-ci ilin may ayı üçün "Brent" markalı neftin fyuçerslərinin qiyməti 2024-cü il sentyabrın 10-dan sonra ilk dəfə bir barel üçün 69 dollardan aşağı enib.

Trend xəbər verir ki, birjanın məlumatına əsasən, Bakı vaxtı ilə saat 19:39-da "Brent" markalı neftin qiyməti 2,91% ucuzlaşaraq 68,97 dollar olub.

Saat 19:55-də isə "Brent" fyuçersləri 3,07% azalaraq 68,86 dollar səviyyəsinə düşüb.

Eyni zamanda, WTI markalı neftin aprel fyuçerslərinin qiyməti 3,63% enərək 65,78 dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti