...

"ASAN xidmət"dən istifadə üzrə məmnunluq əmsalı 99,9 faizdir - Elnur Niftəliyev

Cəmiyyət Materials 12 Mart 2025 12:18 (UTC +04:00)
"ASAN xidmət"dən istifadə üzrə məmnunluq əmsalı 99,9 faizdir - Elnur Niftəliyev
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Bərdə. Trend:

"ASAN xidmət"dən istifadə üzrə məmnunluq əmsalı 99,9 faizdir.

Trend-in Qarabağ Bürosunun verdiyi xəbərə görə, bu fikirləri media nümayəndələrinə açıqlamasında "ASAN xidmət"in mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev səsləndirib.

"2015-ci ilin məhz bu günü dövlət başçısının iştirakı ilə Bərdədə "ASAN xidmət" mərkəzinin açılışı olub. Bu gün bizim üçün ən vacib statistika ondan ibarətdir ki, ölkə üzrə vətəndaşlarımızın məmnunluq əmsalı 99,9 faizdir. Artıq 10 ildir ki, fəaliyyət gösdərən Bərdə "ASAN xidmət"də də bu rəqəm eynidir. Ümumilikdə ölkə üzrə 28 "ASAN xidmət" mərkəzi vətəndaşlarımıza xidmət gösdərir", - o bildirib.

Qeyd edək ki, bu gün Bərdədə "ASAN xidmət" mərkəzinin fəaliyyətə başlamasının 10 ili tamam olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti