Bakı. Trend:
Daxil olan sorğuya əsasən 11 mart 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Xətai rayonu, Xocalı prospekti ünvanında monitorinq keçirilərək, piyada səkisində metal konstruksiyadan özbaşına artırma işlərinin aparılması faktı aşkar edilib.
Bu barədə Trend-ə Komitədən məlumat verilib.
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarə əməkdaşlarının operativ müdaxiləsi nəticəsində ərazidə qanunsuz işlər dərhal dayandırılaraq, səki əvvəlki vəziyyətinə qaytarılıb.
Paytaxtımızın görkəminin qorunmasına dair diqqətinizə görə təşəkkür edirik.