...

Xaçmazın Niyazoba kəndində növbəti səyyar qəbul keçirilib (FOTO)

Cəmiyyət Materials 12 Mart 2025 19:28 (UTC +04:00)
Xaçmazın Niyazoba kəndində növbəti səyyar qəbul keçirilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerli hüquq mühafizə orqanları, idarə təşkilat və müəssisə rəhbərlərinin iştirakı ilə Niyazoba kəndində növbəti səyyar qəbulunu keçirib.

Qəbulda Niyazoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxil olan Niyazoba,Qarabağlı, Əbilyataq, Ağçay və Qarğalıq kəndlərinin sakinləri iştirak edib.

Görüş iştirakçıları əvvəlcə Niyazoba kəndindən olan şəhidlərin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.

Daha sonra sakinlər əvvəlki səyyar qəbullarda səsləndirilən bəzi müraciətlərin həlli istiqamətində görülən işlərə görə təşəkkürlərini bildiriblər. Həmçinin, elektrik təsərrüfatının yenilənməsi, su təchizatının yaxşılaşdırılması və digər mürcaiətlər səsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərinin arzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edən problemlərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həll edilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Xəbər lenti

Xəbər lenti