...

Bakıda 17 və 24 nömrəli marşrutların hərəkət sxemində dəyişikliklər ediləcək

Cəmiyyət Materials 16 Mart 2025 16:25 (UTC +04:00)
Bakıda 17 və 24 nömrəli marşrutların hərəkət sxemində dəyişikliklər ediləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Yeni avtomobil yolu layihəsi çərçivəsində Nərimanov rayonu, Əhməd Rəcəbli və Uluqbəy küçələrinin kəsişməsindəki (“Şəki” restoranının qarşısında) dairədə aparılan yenidənqurma işləri ilə əlaqədar, martın 17-dən 17 və 24 nömrəli marşrutların hərəkət sxemi dəyişdiriləcək.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Dəyişikliyə əsasən, 17 nömrəli marşrut avtobuslarının hərəkəti Fətəli xan Xoyski, Ağa Nemətulla və Təbriz küçələri, əks istiqamətdə isə Təbriz, Ağa Nemətulla və Fətəli xan Xoyski küçələri ilə. daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək.

24 nömrəli marşrut avtobuslarının hərəkəti isə Ziya Bünyadov prospekti, Əhməd Rəcəbli və Təbriz küçələri,
əks istiqamətdə Əhməd Rəcəbli küçəsi və Ziya Bünyadov prospekti ilə, daha sonra öz hərəkət sxemi üzrə təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti