...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Cəmiyyət Materials 23 Mart 2025 16:10 (UTC +04:00)
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bakı. Trend:

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, martın 24-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib.

Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Qəbələ, Oğuz, Şəki, İsmayıllı, Qusar, Xaçmaz, Altıağac, Siyəzən, Şabran, Qobustan, Hacıqabul, Kəlbəcər, Laçın, Zəngilan və Daşkəsəndə şimal-qərb küləyi əsəcək, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti