...

"Bolt" xidmətində "Comfort+" ləğv edilib? - Açıqlama

Cəmiyyət Materials 6 May 2025 11:43 (UTC +04:00)
"Bolt" xidmətində "Comfort+" ləğv edilib? - Açıqlama
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

"Bolt" xidmətin keyfiyyətini təkmilləşdirmək və xidmət səviyyələrini mövcud resurslara daha da uyğunlaşdırmaq məqsədilə avtomobillərin kateqoriyalar üzrə bölgüsünü yenidən tərtib edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq "Bolt" şirkətindən məlumat verilib.

Bildirilib ki, yeni bölgü daha ədalətli və məntiqli olmaqla yanaşı, müştərilərə göstərilən xidmətin keyfiyyətini nəzərəçarpacaq dərəcədə artıracaq.

"Bu yeniliklər ilk dövrlərdə müəyyən sayda tərəfdaşlara və sürücülərə mənfi təsir göstərirmiş kimi təəssürat bağışlasa da uzunmüddətdə hər bir subyektin gəlirinin onların gördüyü işin həcminə uzlaşacağı proqnozlaşdırılır. Bunu nəzərə alaraq dəyişikliklərin sürücülər və partnyor avtoparklar tərəfindən müsbət qarşılanacağına inanırıq. Avtomobillərin yenidən kateqoriyalara bölünməsi çərçivəsində, Comfort və Comfort+ kateqoriyaları birləşdirilərək daha səmərəli və işlək bir təsnifatlandırılma aparılıb", - deyə şirkətdən məlumat verilib.

Qeyd edilir ki, bundan əlavə, "Bolt"un veb saytında yenidən təsnifatlandırma, avtomobil tələbləri, uyğunluq kriteriyaları və digər əsas məlumatları əhatə edən ayrıca bir səhifə dərc olunacaq: "Eyni zamanda hər bir sürücü onlara təqdim edilən link vasitəsilə kateqoriyalar üzrə tələb olunan avtomobil markalarının siyahısı ilə tanış ola biləcək. Hər hansı şikayət, təklif və suallarla bağlı bizimlə əlaqə saxlamaq istəyənlər üçün [email protected] email ünvanı işə salınıb. Bu yol, bütün müraciət və şikayətlərin vahid kanal üzərindən daha səmərəli şəkildə cavablandırılmasına və idarə olunmasına imkan verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti