...

18 yaşayış məntəqəsinə əhalinin köçü ilə bağlı neçə evdə təmir-bərpa işləri aparılacaq?

Cəmiyyət Materials 4 Avqust 2025 13:02 (UTC +04:00)
18 yaşayış məntəqəsinə əhalinin köçü ilə bağlı neçə evdə təmir-bərpa işləri aparılacaq?
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Xankəndi. Trend:

Hazırda Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında 15 mindən şəxs məskunlaşıb. Bu şəxslər həm keçmiş məcburi köçkünlər, həm də dövlət və özəl qurumlarda çalışanlar və onların ailə üzvləridir.

Trend xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov Xankəndidə keçirilən Diaspor Gənclərinin VI Yay Düşərgəsinin açılış mərasimində deyib.

E.Yusubov xatırladıb ki, 2024-cü il mayın 28-də Prezident İlham Əliyevin iştirakı ilə Xocalı şəhərinə ilk ailələrin köçü baş tutub:

“Ümumilikdə isə hazırda Ağdərə rayonunun Suqovuşan, Həsənriz və Talış kəndlərinə, eləcə də, Xocalı şəhəri və rayonun Ballıca, Təzəbinə və Xanyurdu kəndlərinə keçmiş məcburi köçkünlərin bir qisminin qayıdışı təmin edilib, bu kəndlərdə həyat canlanıb. Qeyd olunan işlər köç planına uyğun olaraq mərhələli şəkildə icra edilməkdədir.

Bundan başqa, 2025-ci il üçün köç planına əsasən, 18 yaşayış məntəqəsinə, o cümlədən, Xocalı rayonunun 11 kəndinə (Ballıca, Xanyurdu, Təzəbinə, Daşbulaq, Badara, Seyidbəyli, Xanabad, Şuşakənd, Almalı, Mehdibəyli və Çanaqçı) və Ağdərə rayonunun 7 kəndinə (Həsənriz, Vəngli, Kolatağ, Çıldıran, Heyvalı, Çapar və Aşağı Oratağ) əhalinin köçü ilə bağlı təmir-bərpa işləri aparılacaq 2 450 sayda ev müəyyən edilib”.

Prezidentinin xüsusi nümayəndəsi qeyd edib ki, bu kəndlər üzrə əhalinin köçü ilə bağlı müvafiq işlərə artıq başlanılıb.

“Nəticədə qeyd olunan kəndlər üzrə 10 minədək keçmiş məcburi köçkünün məskunlaşdırılması təmin ediləcək. Hazırda növbəti illər üçün bu və digər yaşayış məntəqələri üzrə köç planının tərtib edilməsi və bununla bağlı aidiyyəti istiqamətlərdə müvafiq işlər aparılır.”, - deyə o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti