...

Bolt və SUP Azərbaycanda ilk “Bolt Accelerator” proqramını başlatdı

Cəmiyyət Materials 7 Avqust 2025 18:24 (UTC +04:00)
Bolt və SUP Azərbaycanda ilk “Bolt Accelerator” proqramını başlatdı

Bakı. Trend:

Bolt Accelerator – Sürücülər və kuryerlər üçün biznes imkanları

Bolt və SUP VC şirkətləri arasında imzalanmış rəsmi əməkdaşlıq müqaviləsi əsasında Azərbaycanda ilk dəfə sürücü və kuryerlərə yönəlmiş sahibkarlıq sürətləndirici proqram – “Bolt Accelerator”a start verilib.

Müqavilə Bolt şirkətinin Əməliyyatlar üzrə baş meneceri Ramil Məhərrəmov və SUP VC şirkətinin icraçı direktoru Rəşad Eyvazov tərəfindən imzalanıb. Tədbirdə qonaq qismində Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İnnovasiya Ekosistemi Departamentinin rəhbəri Taleh Kərimli iştirak edib.

Proqram, eyni zamanda, Azərbaycan Respublikasının İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən dəstəklənir və bu təşəbbüs tərəflər arasında inkişaf, innovasiya və iqtisadi gücləndirmə sahəsində uzunmüddətli əməkdaşlığın əsasını qoyur.

Əməkdaşlıq çərçivəsində SUP VC proqramın təşkilatçılığı və mentor şəbəkəsinin qurulması, Bolt isə iştirakçıların seçimi, təlimlərin təşkili və maliyyə dəstəyi daxil olmaqla təşəbbüsün icrasına töhfə verir.

Proqram haqqında qısa məlumat

  • Son müraciət tarixi: 15 avqust 2025
  • İştirakçı sayı: 120 nəfər seçiləcək

Qeyd edək ki, seçilmiş iştirakçılar 8 həftə ərzində onlayn təlimlərdə iştirak edəcək və imtahanda uğur göstərən 20 iştirakçı növbəti mərhələdə 4 həftə ərzində onlayn mentorluq və əyani təlimlərdə iştirak edəcəklər.

Əsas mərhələdə:

  • Praktik təlimlər (şirkət qurmaq, maliyyə, marketinq, müştəri cəlbi)
  • Fərdi mentorluq dəstəyi

Finalda 7 qalib seçiləcək:

🥇 1 nəfər – 10,000 AZN

🥈 1 nəfər – 7,000 AZN

🥉 3 nəfər – 4,500 AZN

⭐ 2 nəfər – 3,000 AZN

💰 Ümumi mükafat fondu: 36,500 AZN

Qaliblər daha sonra 6 həftəlik intensiv inkişaf mərhələsində iştirak edəcək və ideyalarını real müştərilərə çatdırmaq imkanı əldə edəcəklər.

Xüsusilə mobillik, nəqliyyat, şəhər infrastrukturu, rəqəmsallaşma və bu sahələrlə bağlı texnoloji layihələr üzrə sahibkarlıq təşəbbüsləri proqramın əsas fokus istiqamətlərindəndir.

Bolt Accelerator haqqında

Bolt Accelerator Bolt-un Urban Fund təşəbbüsünün bir hissəsi olaraq həyata keçirilir. Bu fondun əsas məqsədi sürücü və kuryerləri iqtisadi baxımdan gücləndirmək, inkişaf üçün alətlər və imkanlar təqdim etmək, həmçinin şəhər mobilliyində innovasiyanı dəstəkləməkdir. Proqram artıq Nigeriya, Keniya, Qana, Cənubi Afrika və Avropada uğurla tətbiq olunub və 30-dan çox biznes ideyasının həyata keçməsinə dəstək verib.

Müraciət və ətraflı məlumat: https://boltakselerator.az

Xəbər lenti

Xəbər lenti