...

Ağdaşın bəzi kəndlərində qaz verilişi müvəqqəti dayandırılacaq

Cəmiyyət Materials 13 Avqust 2025 08:00 (UTC +04:00)
Ağdaşın bəzi kəndlərində qaz verilişi müvəqqəti dayandırılacaq
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ağdaş rayonunun Ərəb, Hüşün və Kükək kəndlərinə qaz təchizatı sabah, 13 avqust 2025-ci il tarixində müvəqqəti olaraq dayandırılacaq.

Trend-in məlumatına görə, Zaqatala Regional Qaz İstismarı İdarəsi bildirir ki, Şəmsabad QPS-dən qidalanan D-159 mm-lik ortatəzyiqli qaz xəttində kipliyə davamlılıq yoxlaması aparılacaq.

Səhər saat 09:00-dan işlər yekunlaşanadək ümumilikdə 860 abonentin qazı kəsiləcək. İşlər tamamlandıqdan sonra qazın verilişi bərpa olunacaq.

Xəbər lenti

Xəbər lenti