...

İyul ayı ərzində 8 milyona yaxın tibbi xidmət göstərilib

Cəmiyyət Materials 13 Avqust 2025 09:31 (UTC +04:00)
İyul ayı ərzində 8 milyona yaxın tibbi xidmət göstərilib
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin iyul ayı ərzində ümumilikdə 2 142 858 müraciət qeydə alınıb. Bunlardan 47 217-si stasionar, 2 095 641-i ambulator olub. 2024-cü ilin eyni dövrü ilə müqayisədə müraciətlərin ümumi sayında 7 % artım qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, İyul ayında göstərilən xidmət sayında da ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub. Belə ki, ay ərzində 7 921 888 (1 043 077 stasionar, 6 878 811 ambulator olmaqla) tibbi xidmət göstərilib. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 15 % artıb.

Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Ay ərzində 3 476 517 sayda laborator müayinələr aparılıb ki, onların da 540 972-si stasionar, 2 935 545-i ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 23 % artım qeydə alınıb.

İyul ərzində cərrahi əməliyyat və prosedurların sayı isə 34 860 (32 931 stasionar, 1 929 ambulator olmaqla) olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əməliyyat və prosedurların sayında 2 % azalma qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti