...

İntizam pozuntularına görə iki vəkilə xəbərdarlıq edilib, birinin fəaliyyəti dayandırılıb

Cəmiyyət Materials 13 Avqust 2025 21:03 (UTC +04:00)
İntizam pozuntularına görə iki vəkilə xəbərdarlıq edilib, birinin fəaliyyəti dayandırılıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci il avqustun 13-də Azərbaycan Respublikasının Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Kollegiyadan Trend-ə bildirilib ki, İclası açan VK-nın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, habelə icbari təlim proqramını uğurla başa vuran vəkilliyə namizədin andiçmə mərasimi keçirilib. Namizəd vəkil etikası və peşə borcları ilə bağlı and içərək Kollegiya sıralarına qəbul edilib.

İclas çərçivəsində bəzi vəkillərin digər vəkil qurumlarına keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunması, maddi yardım göstərilməsi və borcların silinməsi, o cümlədən öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciətlər müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb və Rəyasət Heyəti tərəfindən yol verdikləri intizam pozuntularına görə 2 vəkilə xəbərdarlıq edilib, 1 vəkilə töhmət verilib, 1 vəkilə irad tutulub və 1 vəkilin fəaliyyəti isə müəyyən müddətə dayandırılıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər də müzakirə olunub və zəruri qərarlar qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti