...

Dağlıq və dağətəyi ərazilərdə yollar buz bağlayacaq - Sabahın HAVASI

Cəmiyyət Materials 3 Yanvar 2026 12:31 (UTC +04:00)
Dağlıq və dağətəyi ərazilərdə yollar buz bağlayacaq - Sabahın HAVASI
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Yanvarın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 0 dərəcədən 2 dərəcəyədək, gündüz 6 dərəcədən 9 dərəcəyədək olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 65-70, gündüz 50-60 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0 dərəcədən 5 dərəcəyədək şaxta, gündüz 6 dərəcədən 11 dərəcəyədək, dağlarda gecə 10 dərəcədən 15 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 15 dərəcədən 20 dərəcəyədək şaxta, gündüz 0 dərəcədən 5 dərəcəyədək şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq və dağətəyi ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti