Bakı. Trend:
Hava şəraiti ilə əlaqədar xəbərdarlıq verilib.
Trend bu barədə Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.
Məlumatına əsasən sabah Bakıda və Abşeron yarımadasında yanvarın 29-u günün birinci yarısında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Bəzi şəhərətrafı ərazilərdə yağıntının intensiv olacağı ehtimalı var.
