Bakı. Trend:
Fevralın 4-də Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən məlumat verir ki, yağışın
ayrı-ayrı yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Güclü
şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə və gündüz 1-5 dərəcə isti olacaq. Atmosfer
təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 80-90 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı
olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv
olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb
küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 2-6, gündüz 7-12 dərəcə isti, dağlarda
gecə və gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.
